İQTİSADİYYAT


Auditorlar Palatasının 2021-ci il üzrə iş planının layihəsi müzakirə edilib

Bakı, 26 noyabr, AZƏRTAC

Noyabrın 26-da Auditorlar Palatası Şurasının videokonfrans formatında növbəti iclası keçirilib.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şura üzvlərinin və komitə sədrlərinin iştirak etdiyi videokonfransda Auditorlar Palatasının 2021-ci il üzrə iş planının layihəsi, palatanın fəaliyyətə başlamasının 25 illiyi ilə əlaqədar hazırlıq tədbirlərinin həyata keçirilməsi, auditorun şəxsi kabineti sisteminin tətbiq edilməsinə dair hesabat, auditə dair kitabların, dərs vəsaitlərinin, məlumat və təbliğat-təşviqat xarakterli kitabça, broşür, prospektlərin və digər materialların hazırlanmasının və nəşr etdirilməsinin təşkili, auditor fəaliyyəti ilə əlaqədar təlimatlar, tövsiyələr, metodik göstəriş və şərhlərin hazırlanmasına dair hazırlanmış hesabatla bağlı məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.