İQTİSADİYYAT
Auditorlar Palatasının əməkdaşı Brüsseldə keçirilən konqresdə iştirak edib
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Beynəlxalq Əlaqələr üzrə Komitənin sədri, Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) Direktorlar Şurasının üzvü Lamiyə Bayramova Brüsseldə EFAA-nın İdarə Heyətinin iclasında və Fransa Diplomlu Mühasiblər İnstitutunun Ali Şurasının Konqresində (CSOES) iştirak edib.
Auditorlar Palatasından AZƏRTAC-a bildiriblər ki, konqresə müxtəlif ölkələrdən, o cümlədən əksəriyyəti Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) üzvü olan Afrika, Avropa, Latın Amerikası ölkələrindən nümayəndələr, ümumilikdə beş min nəfər qatılıb.
EFAA-nın Direktorlar Şurasının iclasında maliyyə hesabatı, vergilər, 2016-2017-ci illər üzrə fəaliyyət planının həyata keçirilməsi, EFAA-dakı islahatlar, üzvlük haqqı ilə bağlı islahatlar, gələcək tədbirlər və s. mövzulara dair müzakirələr aparılıb.
Lamiyə Bayramova konqres zamanı tərəfdaş şirkətlərin nümayəndələri ilə görüşərək fikir mübadiləsi aparıb.