İDMAN


“Australian Open-2019”: Rojer Federer səkkizdəbir finalda mübarizəni dayandırıb

Bakı, 20 yanvar, Nicat Məmmədov, AZƏRTAC

“Australian Open-2019” turnirinin hazırkı qalibi isveçrəli Rojer Federer səkkizdəbir final mərhələsində Yunanıstan təmsilçisi Stefanos Cıcıpasuyla qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, gərgin keçən görüş 20 yaşlı yunanıstanlı Stefanos Cıcıpasunun qələbəsi ilə başa çatıb (6:7, 7:6, 7:5, 7:6). Qarşılaşma 3 saat 50 dəqiqə davam edib.

Peşəkar Tennis Assosiasiyası (ATP) reytinqində üçüncü pillədə qərarlaşan Rojer Federer “Böyük dəbilqə” seriyasından olan “Australian Open” turnirində 20-ci dəfə iştirak edib. O, bu turnirin altıqat qalibidir.

Stefanos Cıcıpasunun növbəti mərhələdəki rəqibi ispaniyalı Roberto Bautista-Aqus olacaq. O, səkkizdəbir final mərhələsində rusiyalı Karen Xaçanovu məğlub edib.

Qeyd edək ki, “Australian Open” “Böyük dəbilqə” seriyasının 2019-ci ildəki ilk turniridir. Turnirin ümumi mükafat fondu 44,5 milyon dollardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.