CƏMİYYƏT


Autizmli uşaqlar üçün xeyriyyə tədbiri keçirilib

Bakı, 3 yanvar, AZƏRTAC

“Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə tədbiri keçirib.

İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, xeyriyyəçilər həmin uşaqların ailələri ilə görüşüb və onlara bayram sovqatı paylayıblar.

Tədbirdən sonra xeyriyyəçilər autizmli uşaqlar və valideynlərlə xatirə şəkilləri çəkdiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.