İQTİSADİYYAT


Avqustun 30-da keçiriləcək hərraca 55 dövlət əmlakı çıxarılıb

Bakı, 8 avqust, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən avqustun 30-da hərrac keçiriləcək.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, hərraca ümumilikdə 55 dövlət əmlakı çıxarılıb. Bunlardan 6-sı səhmdar cəmiyyəti, 12-si kiçik dövlət müəssisəsi və obyekti, 1-i yarımçıq tikili, 36-sı isə nəqliyyat vasitəsidir.

Hərracda iştirak etmək istəyən şəxslər sənaye, quşçuluq və sair sahələrə aid səhmdar cəmiyyətlərin səhm paketlərini özəlləşdirə bilərlər. Belə müəssisələrə “Biləsuvar Broyler”, “Gəncə Quşçuluq” və digər səhmdar cəmiyyətləri aiddir.

Səhmdar cəmiyyətlərin nizamnamə kapitalı 85 min 986 manatla 1 milyon 522 min 110 manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmləri özəlləşdirməyə çıxarılan və ilkin start qiyməti ən çox olan müəssisə “Bakı Dəzgahqayırma” ASC-dir. Adı çəkilən müəssisənin səhmlərinin 44,65 faizi 679 min 574 manata təklif olunur.

Hərraca çıxarılan nəqliyyat vasitələri müxtəlif markalıdır. Özəlləşdiriləcək avtomobillər arasında Rusiya və Avropa istehsalı olan maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin istehsal tarixi 1981-2013-cü illər arasında dəyişir.

Tam siyahı ilə burada tanış ola bilərsiniz: (https://bit.ly/3mmNVpB).

Hərraca mütəmadi təqdim edilən əmlaklara dair ətraflı məlumatla Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya “Özəlləşdirmə” portalından (privatization.az) tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.