Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Avrasiya regionu və OECD ölkələri arasında əlaqələrin möhkəmləndirilməsi müzakirə olunub YENİLƏNİB VİDEO

Bakı, 29 mart, AZƏRTAC

Bakıda Avrasiya regionu və OECD ölkələri arasında əlaqələrin möhkəmləndirilməsi müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) martın 29-da "İqtisadi islahatlar: Sahibkarlığın inkişafı və şaxələndirmə" adlı beynəlxalq konfrans keçirib. Konfransda Avrasiya regionu və OECD ölkələri arasında əlaqələrin daha da möhkəmləndirilməsi, regionun iqtisadi və sosial inkişafı ilə bağlı əməkdaşlığın genişləndirilməsi, həmçinin bu sahədə mövcud problemlərin həll yolları müzakirə olunub.

OECD Avrasiya Rəqabətlilik Proqramı çərçivəsində "Azərbaycanda kiçik və orta sahibkarlığın rəqabətqabiliyyətliliyinin artırılması sahəsində islahatların və iqtisadi şaxələndirmənin dəstəklənməsi" mövzusunda təhlil icmalı hazırlayıb. İcmal "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin icrası üçün müəyyən edilən bəndlər üzrə beynəlxalq təcrübənin öyrənilməsini və uğurlu tətbiqinə dəstək vermək, eləcə də Azərbaycanın əldə etdiyi müsbət nəticələr haqqında OECD-nin üzv ölkələrini məlumatlandırmaq məqsədi daşıyır.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, beynəlxalq və nüfuzlu qurumların ölkəmiz haqqında müsbət hesabat təqdim etməsi ölkədə aparılan iqtisadi islahatların açıq hökumət, şəffaflıq və hesabatlılıq prinsiplərinə tam uyğun olduğunu göstərir: "İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı dövlətlərin iqtisadi, sosial və ətraf mühit dəyişikliklərinin təməlində dayanan faktorları öyrənərək qlobal ticarət və investisiya axınını və məhsuldarlığı ölçür, iqtisadi məsələlərlə bağlı beynəlxalq standartları müəyyən edir. Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi və sahibkarlığın rəqabətqabiliyyətliliyinin artırılması istiqamətində OECD ilə sıx əməkdaşlığını davam etdirir. Prezident İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsi, sosial sferanın inkişafı, kiçik və orta sahibkarlığın inkişaf istiqamətində çoxsaylı hüquqi normativ aktlar imzalayıb. Qeyd olunan müxtəlif sektorlu islahatlar OECD tərəfindən müəyyən edilən müasir və beynəlxalq standartlarla eynilik təşkil edir. Buna görədir ki, Azərbaycanda sahibkarlıq sahəsində aparılan islahatları Dünya Bankının "Doing Business" hesabatında yüksək qiymətləndirib".

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev qeyd edib ki, ölkədə sahibkarlara münbit şəraitin yaradılması son illərdə aparılan islahatların nəticəsidir, eyni zamanda, iqtisadiyyatın gələcək inkişafı və şəffaflığın təmin olunması istiqamətində atılmış addımlardan biridir: “Gömrük orqanlarında da islahatların aparılması istiqamətində dövlət başçısının tapşırıqlarından irəli gələn müəyyən işlər görülüb. Hazırda idxal-ixrac əməliyyatlarının, gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə işlər davam etdirilir”.

Sahibkarlığın inkişafında gömrük xidmətinin də mühüm rol oynadığını deyən komitə sədri bununla əlaqədar iş adamları və gömrük əməkdaşları arasında görüşlərin keçirildiyini, sahibkarların rəy və təkliflərinin öyrənildiyini bildirib.

Azərbaycanda sahibkarlığın inkişafı üçün əlverişli mühit formalaşdırıldığını deyən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, ölkədə əlverişli biznes mühitinin yaradılması, kiçik və orta biznesin fəaliyyəti üçün cəlbedici investisiya şəraitinin qurulması istiqamətində genişmiqyaslı işlər aparılır. Həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində iqtisadiyyatın inkişafı uğurla davam edir, makroiqtisadi sabitlik qorunub saxlanılır, sahibkarlığın inkişafı üçün daha əlverişli mühit formalaşdırılıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev isə yaxın günlərdə Bakının Yasamal rayonunda nazirliyin ilk DOST mərkəzinin fəaliyyətə başlayacağını deyib. "Bu ilin sonunadək Bakıda 3 DOST mərkəzinin açılması planlaşdırılır. 2021-ci ilin sonunadək isə ölkədə DOST mərkəzlərinin sayının 31-ə çatdırılması nəzərdə tutulur", - deyə o diqqətə çatdırıb.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova gələn ildən Azərbaycanda fermerlər və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarların "Non stop shop" modeli olaraq subsidiyalarla bağlı müraciətlərini elektron qaydada həyata keçirə biləcəklərini deyib. Bildirib ki, bu, onların həmin resurslara çıxışını asanlaşdıracaq: “Sahibkarlığın inkişafında kənd təsərrüfatı sahəsində tətbiq edilən güzəştlərin, subsidiyaların əhəmiyyəti böyükdür. "Non stop shop" modelinə keçidlə bağlı elektron kənd təsərrüfatı informasiya sistemi vasitəsilə artıq fermerlərin qeydiyyatına başlanılıb. Ümid edirik, gələn ildən etibarən "Non stop shop" modeli ilə subsidiyalarla bağlı müraciət etmək mümkün olacaq”.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Qlobal Əlaqələr Katibliyinin Avrasiya bölməsinin rəhbəri Vilyam Tomson "Azərbaycanda iqtisadi islahatlar: Sahibkarlığın inkişafı və iqtisadi şaxələndirmə" mövzusunda çıxış edib. O, "Azərbaycanda sahibkarlığın gücləndirilməsi yolu ilə şaxələndirmənin sürətləndirilməsi" və "Xarici investisiyaların yerli təchizatçılarla əlaqələndirilməsi" mövzusunda hazırlanan aralıq hesabatlarının Fransada keçirilən "Avrasiya Həftəsi 2018" tədbirində də təqdim edildiyini xatırladıb.

Onun sözlərinə görə, OECD-nin mütəmadi bu formatda hesabatlar təqdim etməsində məqsəd üzv dövlətlər arasında məlumat mübadiləsini təmin etmək və şəffaflıq üzrə beynəlxalq standartlara riayət edib-etməməsini dəyərləndirməkdir: "Azərbaycan son üç ildə KOB-lar üçün institusional, tənzimləyici və əməliyyat mühitinin gücləndirilməsi məqsədilə bir sıra iqtisadi islahatlar həyata keçirib. Bu islahatlar iqtisadi istehsal və ixracın vacib şaxələndirməni stimullaşdırmaq potensialına malikdir. Məsələn, KOBİA-nın yaradılması və www.enterpriseazerbaijan.com portalının işə salınması düzgün istiqamətdə addımlardır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrinin bu cür tədbirlərlə təcrübəsi real dəyişikliyin mümkünlüyünü göstərir, lakin nəticələr bir günə əldə olunmayacaq: onlar adekvat resurslarla dəstəklənən davamlı və ardıcıl iş tələb edəcəklər. Çox şadam ki, Avropa İttifaqının EU4Business təşəbbüsünün dəstəyi ilə OECD Azərbaycanda sahibkarlıq və iqtisadi şaxələndirməni təşviq etmək məqsədilə KOB yol xəritəsinin həyata keçirilməsini dəstəkləmək üçün hökumətlə işləyir. Bu konfransda təqdim etdiyim iki hesabat son bir neçə ildə keçirilən islahatlar nəticəsində əldə edilən nailiyyətləri əks etdirir və agentliyin fəaliyyətinin gələcəkdə daha da inkişafı üçün bəzi yollar göstərir".

Konfransda İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin www.enterpriseazerbaijan.com portalı menecer Aytən Məmmədova tərəfindən təqdim olunub.

“Kapital Bank”ın dəstəyi ilə keçirilən müzakirəyə beynəlxalq qurumların, diplomatik korpusun yüksək vəzifəli nümayəndələri də qatılıb.

Avrasiya regionu və OECD ölkələri arasında əlaqələrin möhkəmləndirilməsi müzakirə olunub YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir