İDMAN
“Avro-2020”: Benzema, Qrizman və Mbappe Fransa millisinə dəvət alıblar

Bakı, 19 may, Nicat Məmmədov, AZƏRTAC
Futbol üzrə Fransa millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Didye Deşam milliyə 26 nəfər çağırıb. Heyətdə qapıçılardan Uqo Loris (“Tottenhem”, İngiltərə), Mayk Menyan (“Lill”), Stiv Mandanda (“Lion”), müdafiəçilərdən Luka Din (“Everton”), Lukas Hernandes (“Bavariya”), Presnel Kimpembe (“Paris Sen-Jermen”), Jul Künde (“Sevilya”), Benjamin Pavar (“Bavariya”), Kleman Lenqle (“Barselon”), Rafael Varan (“Real Madrid”), Kurt Zuma (“Çelsi”) yer alıblar. Yarımmüdafiəçilərdən Nqolo Kante (“Çelsi”), Toma Lemar (“Atletiko Madrid”), Pol Poqba (“Mançester Yunayted”), Adrien Rabio (“Yuventus”), Missa Sissoko (“Tottenhem”), Korentin Tolisso (“Bavariya”), Kərim Benzema (“Real Madrid”), Kinqsli Koman (“Bavariya”), Usman Dembele (“Barselona”), Olivye Jiru (“Çelsi”), Antuan Qrizman (“Barselona”), Kilyan Mbappe (“Paris Sen-Jermen”), Markus Türam (“Borussiya Mönhenqladbax”) və Visam Ben-Yeder (“Monako”) heyətə çağırılıblar.
Qeyd edək ki, İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kərim Benzema uzun müddətdən sonra Fransa millisinin heyətinə daxil edilib.
“Avro-2020” bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Fransa millisi Portuqaliya, Almaniya və Macarıstanla birlikdə F qrupunda mübarizə aparacaq. Fransızların ilk oyunu iyunun 15-də Almaniya seçməsinə qarşı olacaq.
Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə-Uels, Türkiyə-Uels və Türkiyə-İsveçrə qarşılaşmalarına, eləcə də dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.