İDMAN


“Avro-2020”: İsveçrə və Türkiyə komandalarının start heyəti açıqlanıb

Bakı, 20 iyun, AZƏRTAC

İsveçrə və Türkiyə yığmaları arasında Bakı Olimpiya Stadionunda keçiriləcək “Avro-2020”nin A qrupunun III tur matçı üçün start heyətləri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Türkiyə millisinin start "11-də" meydana Uğurcan Çakır, Zeki Çelik, Merih Demiral, Çağlar Söyüncü, Ozan Tufan, Cengiz Ünder, Hakan Çalhanoğlu, 17. Burak Yılmaz, İrfan Can Kahveci, Kaan Ayhan və Mert Müldür çıxacaqlar.

İsveçrə seçməsinin start heyətində isə Yan Zommer, Silvan Vidmer, Niko Elvedi, Manuel Akanci, Bril Embolo, Remo Froyler, Haris Seferoviç, Qranik Caka, Rikardo Rodriges, Stiven Tsuber və Cerdan Şakiri yer alıblar.

Qeyd edək ki, Bakı Olimpiya Stadionundakı qarşılaşma saat 20:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.