CƏMİYYƏT


Avropa Forumunda Şamaxıda ÜST tərəfindən həyata keçirilən layihə haqqında məlumat verilib

Bakı, 4 oktyabr, AZƏRTAC

Sentyabrın 25-28-də Azərbaycanı təmsil edən nümayəndə heyəti Belçikanın Gent şəhərində keçirilən “İlkin səhiyyənin təşkili üzrə Avropa Forumu”da iştirak edib.

AZƏRTAC Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, forumun ilk günü təşkil edilən “Integrated Community Care” master-klasında iştirak edən heyət 26-27 sentyabr tarixlərində forumun əsas günlərində Şamaxıda ÜST tərəfindən həyata keçirilən “İlkin səhiyyənin gücləndirilməsi” layihəsi haqqında və ilkin səhiyyə xidmətindəki islahatlar barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Eyni zamanda, 28 sentyabrda Gent Universitetində Azərbaycan nümayəndə heyəti ilə görüş təşkil edilib və görüş zamanı ilkin səhiyyənin təşkili haqqında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.