RƏSMİ XRONİKA


Avropa İqtisadi, Ticarət, Kommersiya və Sənaye Palatası Direktorlar Şurasının sədri və Baş İcraçı Heinz Helmut Vejpustekdən

Zati-aliləri cənab Prezident,

Prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə 45 ölkənin təmsil olunduğu Avropa İqtisadi, Ticarət, Kommersiya və Sənaye Palatası adından səmimi təbriklərimi Sizə çatdırmağı özüm üçün şərəf hesab edirəm.

Sizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz Azərbaycan ilə Avropa ölkələri arasındakı əlaqələrin gələcək inkişafı üçün böyük əhəmiyyət daşıyır.

Sizə möhkəm cansağlığı və Azərbaycan Respublikasının gələcək inkişafı naminə ali dövləti fəaliyyətinizdə böyük müvəffəqiyyətlər arzu edirik.

Hörmətlə,

Heinz Helmut Vejpustek

Avropa İqtisadi, Ticarət, Kommersiya və Sənaye Palatası

Direktorlar Şurasının sədri və Baş İcraçı 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin