Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Avropa İttifaqı-Azərbaycan əlaqələrinin strateji müstəviyə keçirilməsinin zəruriliyi vurğulanıb

Avropa İttifaqı-Azərbaycan əlaqələrinin strateji müstəviyə keçirilməsinin zəruriliyi vurğulanıb

Brüssel, 11 fevral, AZERTAC

Brüsseldə, Avropanın nüfuzlu “beyin mərkəz”lərindən olan Avropa Siyasət Mərkəzində “Azərbaycan–Avropa İttifaqı münasibətləri. Çağırışlar və imkanlar” mövzusunda müzakirələr keçirilib.

Tədbirin moderatoru Avropa Siyasət Mərkəzinin aparıcı siyasi təhlilçisi Amanda Pol Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığın yeni ikitərəfli saziş layihəsinin formalaşmasında xüsusi çəkiyə malik olduğunu söyləyib. O, tərəflər arasında beynəlxalq təhlükəsizlik, terrorizm kimi regional təhdidlərə qarşı mübarizə sahələrində əməkdaşlıq perspektivlərinin mövcudluğundan bəhs edib. Avropa İttifaqının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanda insan hüquqları ilə bağlı bəzən ikili standartlardan çıxış etməsinin rəsmi Bakının təşkilata olan etimadının zədələnməsi ilə nəticələndiyini bildirib.

Tədbirdə çıxış edən Azərbaycanın Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri səfir Fuad İsgəndərov Azərbaycan-Avropa İttifaqı münasibətlərinin birtərəfli təxəyyüllər əsasında qurulmasının nəticə vermədiyini, bundan sonra praqmatik yanaşma nümayiş etdirməyin vacibliyini vurğulayıb. Belə bir tədbirin Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini və Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin Azərbaycana nəzərdə tutulan səfəri ərəfəsində baş tutmasının təsadüfi olmadığını bildirən səfir bu səfərin Strateji Tərəfdaşlıq Sazişi layihəsi üzrə məsləhətləşmələrə müsbət təkan verəcəyinə inandığını deyib.

Mərkəzi Asiya-Qafqaz İnstitutu və İpək Yolu təhsil proqramının direktoru Svante Kornel Azərbaycanın sürətlə inkişaf edən müasir və dünyəvi ölkə olduğunu qeyd edib. O, Azərbaycanın xarici siyasətinin prioritetləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikirlərini səsləndirib. S.Kornel Azərbaycanın Avropa ölkələri üçün etibarlı enerji təchizatçısı, həmçinin Qərblə Mərkəzi Asiya arasında nəqliyyat, enerji və logistika sahəsində körpü rolunu oynadığını vurğulayıb.

Xəzər Universitetinin siyasi elmlər və beynəlxalq əlaqələr departamentinin rəhbəri Muxtar Hacızadə ötən illər ərzində Azərbaycanın həyata keçirdiyi irimiqyaslı tədbirlərlə Avropanın mədəni həyatının önəmli hissəsinə çevrildiyini qeyd edib. O, ikitərəfli münasibətlərdə mövcud olan çətinliklərin Avropanın Azərbaycana qarşı tətbiq etdiyi ikili standartlarla daha da artdığını diqqətə çatdırıb.

“The Caucasus Interface” idarəetmə üzrə konsaltinq şirkətinin direktoru Mişel İvor Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri ilə bağlı Avropa ictimai-siyasi dairələrində yanlış təsəvvürün olduğunu, bunun da münaqişənin həllinə olan yanaşmaya mənfi təsir etdiyini bildirib. O, vaxtilə işğal olunmuş ərazilərə səfəri zamanı qondarma separatçı rejimin onun dolğun və dürüst araşdırma aparmasına mane olduğunu, bununla belə Ağdamda erməni vandalizminin nəticələrinin canlı şahidinə çevrildiyini deyib. M.İvor Ağdamdan məcburi köçkünlərin qəmli xatirələri əsasında videoyazı hazırladığını, həmin materialda münaqişə qurbanlarının öz doğma yurd-yuvalarına qayıtmaq arzusunun öz əksini tapdığını bildirib.

Avropa Xarici Siyasət Xidmətinin rəsmisi Dirk Şubel Azərbaycanla bir çox sahələrdə praqmatik əməkdaşlığın yaradılması üçün real perspektivlərin olduğunu deyib, hər iki tərəfin bu istiqamətdə qarşılıqlı addımlar atmasının vacibliyini vurğulayıb. Üçüncü ölkə tərəfindən ikitərəfli saziş layihəsinin təqdim olunmasının Avropa İttifaqı təcrübəsində ilk olduğunu, bu baxımdan təşkilatın Azərbaycan tərəfindən irəli sürülmüş Strateji Tərəfdaşlıq Sazişi layihəsinə maraqla yanaşdığını bildirib. O, yeni saziş layihəsinin Azərbaycanla enerjinin şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, terrorizm və beynəlxalq təhlükəsizlik, həmçinin dinlər və mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığın genişləndirilməsinə şərait yaradacağına inandığını deyib.

Tərəflər arasında dialoqun effektivliyinin təmin edilməsində ünsiyyət mexanizmlərinin düzgün qurulmasının vacibliyinə diqqət çəkən D.Şubel bu istiqamətdə Avropa İttifaqının Azərbaycana münasibətdə yeni strateji ünsiyyət vasitələrindən istifadə edəcəyini bildirib.

Müzakirələrdə çıxış edənlərin hər biri Avropa İttifaqı Azərbaycan münasibətlərinin strateji müstəviyə keçirilməsinin zəruriliyini vurğulayıb və yaxın zamanlarda bu istiqamətdə vacib addımların atılacağına ümid bəslədiklərini bildiriblər.

Sonra məruzəçilər tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Tədbirdə Brüsseldə fəaliyyət göstərən diplomatik korpusun, Avropa İttifaqı institutlarının və tədqiqat mərkəzlərinin, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar