İQTİSADİYYAT


Avropa İttifaqı Azərbaycanda kənd təsərrüfatının inkişafına dəstək üzrə yeni proqram həyata keçirəcək

Bakı, 8 iyun, Elvin Camalov, Samirə Quliyeva, AZƏRTAC

2017-ci ildə Avropa İttifaqı (Aİ) Azərbaycanda kənd təsərrüfatının inkişafına dəstək üzrə yeni proqram həyata keçirəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa Ittifaqının Şərq Qonşuluğu üzrə direktoru Lourens Meredit iyunun 8-də Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı biznes-forumunda deyib.

O bildirib ki, Aİ Azərbaycanla əməkdaşlıqdan məmnundur. Azərbaycan daim inkişafa meyilli olan ölkələrdəndir. Avropa İttifaqı yalnız Bakı ilə yox Azərbaycanın regionları ilə də proqramlar həyata keçirmək niyyətindədir. Buna kənd təsərrüfatının inkişafı ilə bağlı proqramlar daxildir.

L.Meredit, həmçinin qeyd edib ki, Aİ Şərq Qonşuluğu ölkələri ilə yanaşı Azərbaycanla da biznes mühitinin yaxşılaşdırılması istiqamətində işlər görür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.