CƏMİYYƏT


Avropa İttifaqı nümayəndə heyəti Heydər məscidi, sinaqoq və kilsə ilə tanış olub

Bakı, 29 oktyabr, AZƏRTAC

Azərbaycanda səfərdə olan Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə ali nümayəndəsinin müavini Jan-Kristof Belliardın başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 29-da Heydər məscidi ilə tanış olub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaqlara Cənubi Qafqazın ən böyük məscidi olan Heydər məscidi barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, məscid Prezident İlham Əliyevin tapşırığı ilə inşa edilib. 2014-cü il dekabrın 26-da istifadəyə verilən ibadətgah 12 min kvadratmetr ərazidə tikilib. Möhtəşəm memarlıq əsərinin fasadında və daxilində xüsusi bəzək elementlərindən istifadə olunub. Dörd minarəsi olan məsciddə dindarların sərbəst şəkildə ibadət etmələri üçün hər cür şərait yaradılıb.

Nümayəndə heyətinə, eyni zamanda, məsciddə qılınan vəhdət namazları barədə məlumat verilib. Heydər məscidində vəhdət namazının artıq ənənə halı aldığı, dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin və islamofobiyanın geniş yayıldığı müasir dövrümüzdə bunun dünyaya həmrəylik və sülh mesajı olduğu vurğulanıb.

Sonra Bakıdakı “Dağ yəhudiləri”nin sinaqoqunu və Rus pravoslav kilsəsini ziyarət edən qonaqlar ölkəmizdə mövcud olan tolerantlıq və multikultural mühiti, eyni zamanda, dövlətimizin dini konfessiyalar üçün yaratdığı şəraiti yüksək qiymətləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.