DÜNYA
Avropa İttifaqı təbii fəlakətlərlə üzləşən ölkələrə 34 milyon avro ayırıb
Afina, 12 sentyabr, AZƏRTAC
Avropa İttifaqı təbii fəlakətlərlə üzləşən ölkələrə yardım məqsədilə Avropanın Həmrəylik Fondundan 34 milyon avro ayrılması barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, siyahıda Yunanıstan, Polşa, Litva və Bolqarıstan var. Litva su şəbəkəsinin və idarəetmə infrastrukturunun bərpası üçün 16 milyon 918 min avro, Polşa üç rayonuna qasırğaların vurduğu zərəri aradan qaldırmaq üçün 12 milyon 279 min avro, Bolqarıstan Burqas şəhərində daşqınların törətdiyi dağıntıları bərpa etmək üçün 2 milyon 558 min avro, Yunanıstan isə 2017-ci ildə zəlzələnin Kos adasına vurduğu ziyana görə 2 milyon 535 min avro alacaq.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]