ELM VƏ TƏHSİL
Avropa İttifaqının “Horizon Europe” proqramı haqqında təlim keçirilib
Bakı, 2 avqust, AZƏRTAC
Yerli ali təhsil müəssisələri üçün Təhsil Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə “Horizon Europe” elmi-tədqiqatlar qrant proqramı barədə onlayn təlim təşkil olunub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, beş təqdimatı ehtiva edən təlimin məqsədi elmi-tədqiqat qrant layihələrinə müraciət, mövcud imkanlar, Mariya Skladovskaya-Küri (MSCA), COST və Tibb üzrə işçi proqramları barədə yerli ali təhsil müəssisələri və alimlər üçün lazımi informasiyanı təmin etmək və iştirakçılar arasında bu sahədə məlumat mübadiləsi və əməkdaşlığı təşviq etmək olub.
Təlimdə 20-dən çox ali təhsil müəssisəsindən 60-a yaxın nümayəndə iştirak edib.