DÜNYA


Avropa Komissiyasının sədri vəzifəsinə yeni namizədin adı açıqlanıb

Berlin, 7 noyabr, AZƏRTAC

Hazırda Avropa Komissiyasının sədr müavini vəzifəsini tutan Niderlandın sabiq xarici işlər naziri Frans Timmermans bu təşkilatın sədrliyinə öz namizədliyini irəli sürmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, Timmermans “Sosialist və Demokratların Mütərəqqi Alyansı” fraksiyasının iclasından əvvəl bəyan edib ki, 2019-cu ilin mayında Avropa Parlamentinə keçiriləcək seçkilərdə Avropanı parçalamaq uğrunda çıxış edən siyasi qüvvələrin qarşısına “bizim avropalıları narahat edən məsələlərlə məşğul olduğumuzu göstərən” proqramla çıxmaq lazımdır.

Timmermans gündəlikdə duran aktual məsələlər sırasında iqlim dəyişikliklərini, texnoloji tərəqqini, sosial standartların səviyyəsinin düşməsini, həmçinin onun sözlərinə görə, Avropanı parçalamaq istəyən ABŞ Prezidenti Donald Trampın yaratdığı təhlükəni göstərib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.