DÜNYA


Avropa Parlamenti koronavirus sertifikatının tətbiqini təsdiqləyib

Bakı, 9 iyun, AZƏRTAC

Avropa Parlamenti səs çoxluğu ilə Avropa İttifaqında koronavirus sertifikatının tətbiq edilməsini təsdiqləyib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, sertifikat barədə qərar bir neçə sənəddən ibarətdir və deputatlar onların hamısını dəstəkləyib. Qərar bundan sonra texniki proseduradan keçməli və Avropa İttifaqının rəsmi jurnalında dərc olunduqdan sonra rəsmən qüvvəyə minməlidir.

Avropa İttifaqında koronavirus sertifikatı rəsmən iyunun 1-dən tətbiq olunacaq, lakin sənəd artıq test rejimində verilir. İndiyədək bir milyondan çox insan bu sənədi əldə edib.

Avropa Komissiyası martın 17-də Aİ ölkələrində rəqəmsal koronavirus sertifikatlarının tətbiqinə dair qanun layihəsini təqdim edib. Sənəddə üç məlumat öz əksini tapacaq: COVID-19 infeksiyasına qarşı peyvəndin vurulması, koronavirus testinin mənfi nəticələri, həmçinin xəstəlikdən sağalma və immunitetin mövcudluğu. Burada Avropa İttifaqında təsdiqlənmiş vaksinlərdən söhbət gedir. Lakin ittifaq ölkələri öz ərazilərində digər peyvəndləri tanımaq hüququna da malik olacaqlar. Sertifikat mobil telefon və QR kod vasitəsilə də istifadə edilə biləcək.

Peyvənd olunan və sertifikat alan vətəndaşlarının Avropa İttifaqının daxilində səyahət edərkən testdən keçmək və karantin qaydalarına riayət etmək məcburiyyətindən azad olunacağı gözlənilir. Hazırda bu sertifikatların Aİ ölkələrinə gələn və müvafiq vaksinasiyadan keçən üçüncü ölkə vətəndaşları üçün də keçərli olması üçün mexanizm hazırlanır.

Avropa Komissiyası COVID sertifikatlarının müvəqqəti - Ümumdünya Səhiyyə Təşkilatının beynəlxalq fövqəladə vəziyyət rejimini aradan qaldırana qədər istifadə olunmasını təklif edib. Koronavirus sertifikatının ittifaq ərazisində 12 ay müddətinə tətbiq olunacağı gözlənilir. Avropa Komissiyası, həmçinin vətəndaşların COVID sertifikatına daxil ediləcək testlərini mümkün qədər ucuzlaşdırmaq üçün 100 milyon avro ayıracaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.