DÜNYA


Avropa Parlamentinə seçkilər keçirilir

Paris, 26 may, AZƏRTAC

Bu gün Fransa, Almaniya, İspaniya və İtaliyada Avropa Parlamentinə seçkilər keçirilir.

AZƏRTAC xəbər verir ki, Fransada bu seçkilər üçün hər birində 79 namizəd olmaqla, 34 siyahı təsdiqlənib. Bütün ölkə üzrə 47,1 milyon fransız səs verərək, ölkəni təmsil edəcək 79 deputatı seçməlidir.

Ümumiyyətlə, Avropa İttifaqının 28 ölkəsinin 400 milyon seçicisi parlamentə 751 deputat seçəcəklər.

Qeyd edək ki, seçkilər mayın 23-dən başlayıb. Birləşmiş Krallıq və Niderlandda mayın 23-də, İrlandiyada və Çexiya Respublikasında mayın 24-də, Slovakiya, Malta və Latviyada mayın 25-də seçicilər artıq öz namizədlərinə səs veriblər. Bu gün Fransa, Almaniya, İspaniya və İtaliyada seçkilər keçirilir.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.