Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Avropa Şurası Nazirlər Komitəsinə sədrlik dövründə Azərbaycan insan hüquqları, qanunun aliliyi və demokratiyaya güclü dəstək verəcəkdir

Bakı, 7 may (AZƏRTAC). Xəbər verdiyimiz kimi, mayın 6-da Vyana şəhərində Avropa Şurası Nazirlər Komitəsinin 124-cü sessiyası keçirilmişdir. Sessiyada Avropa Şurası Nazirlər Komitəsinə sədrlik Azərbaycana keçmişdir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sədrliyi qəbul edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sessiyada çıxış edərək ölkəmizin sədrlik dövrü üçün prioritet istiqamətlərini açıqlamışdır.

Nazir bildirmişdir ki, növbəti altı ay müddətində Azərbaycan Avropa Şurasının üç əsas sütunu - insan hüquqları, qanunun aliliyi və demokratiyaya güclü dəstək verəcək və bu istiqamətdə səylərini əsirgəməyəcəkdir. Bu müddət ərzində Avropa Şurasının əsas dəyərlərinin dəstəklənməsi və təşviqi bizim bütün fəaliyyət və öhdəliklərimizin mərkəzində duracaqdır.

Elmar Məmmədyarov demişdir: “Üzv dövlətlərdən təcili və qəti cavab əldə etməyi təmin etmək üçün Avropada demokratiya, təhlükəsizlik və sabitlik sahəsindəki mövcud problemlərə ciddi diqqət ayıracağıq. Bu məqsədlə Azərbaycan sədrlik müddətində gücləndirilmiş dialoq, qarşılıqlı hörmət və anlaşma yolu ilə kompromis ruhunda razılaşdırılmış qərarlar əldə etməyə çalışacaqdır”.

Bildirilmişdir ki, korrupsiya ilə mübarizədə güclü əməkdaşlıq Azərbaycanın sədrliyinin əsas prioritetlərindən biri olacaqdır. “Biz Beynəlxalq Antikorrupsiya Akademiyası ilə birgə Bakıda yüksək səviyyəli konfrans keçirməklə korrupsiya ilə mübarizəni özünün əsas məqsədi elan etmiş Avropa Şurasının səylərinə töhfəmizi verəcəyik. Bu konfrans antikorrupsiya qanunlarının tətbiqinə böyük əhəmiyyət verərək və ehtiyat tədbirlərini təmin edərək ən yaxşı təcrübələr üzrə fikir mübadilələrinə imkan yaradacaqdır”.

Elmar Məmmədyarov bildirmişdir ki, Azərbaycanın sədrliyi dövründə idman yarışlarının idarə edilməsi üzrə Avropa Şurası Konvensiyasının mümkün qəbuluna yaxından nəzarət olunacaq və biz tezliklə imzalanması üçün bu Konvensiyanın hazır olmasına   dəstəyimizi gücləndirəcəyik. Bildiyiniz kimi, Bakı 2015-ci ildə ilk dəfə olaraq Avropa Oyunlarına ev sahibliyi edəcək və bu da sədrlik müddətində bu Konvensiyanın qəbuluna yardım etməyimizin digər əsas səbəbidir.  

Vurğulanmışdır ki, mütəmadi qaydada inkişaf edən cəmiyyətlərdə mədəni fərqliliklərin idarə edilməsi bu gün Avropada əsas məsələlərdən birinə çevrilmişdir. Azərbaycan tarixən müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində birgə yaşadığı məkan olmuşdur. Mədəni fərqliliklərə yardım məsələsi hər zaman gündəlikdəki əsas məsələlərdən olmuşdur. Sədrlik zamanı Azərbaycan mədəniyyətlərarası dialoqa böyük əhəmiyyət verərək Avropada diskriminasiya və dözümsüzlüklə mübarizəyə yardım edəcəkdir. Mədəniyyətlərarası dialoqun dini ölçüləri haqqında Avropa Şurasının 2014-cü il illik iclasını təşkil etmək şərəfinə nail olacağıq. Bu iclasın mədəni fərqliliklərə malik cəmiyyətlərin qarşılıqlı hörmət və anlaşma əsasında həmrəyliyin vaciblik və qiymətini yenidən qeyd edəcəyinə ümidvarıq.

 Nazir bildirmişdir ki, Azərbaycan sosial həmrəylik və sosial davamlılığı istənilən sarsılmaz və çiçəklənən cəmiyyətin vacib elementi hesab edir. Bizim bu istiqamətdə səylərimiz Avropa Şurasının zəif müdafiə olunan qruplara xüsusi diqqət ayıraraq heç bir ayrı-seçkilik olmadan hamının sosial hüquqlardan istifadə etmək imkanının təmininə yardım etməyə yönəlmişdir. Ermənistanın işğalçılıq siyasəti səbəbindən genişmiqyaslı köçkünlük təcrübəsi olan Azərbaycan heç şübhəsiz sədrliyin müvafiq fəaliyyətləri çərçivəsində cəmiyyətin müdafiəsiz üzvləri olan köçkünlərin hüquqlarının müdafiəsinə güclü diqqət ayıracaqdır. Əminik ki, XXI əsrin Avropasında milyonlarla insanın hələ də bu hadisədən əziyyət çəkməsi ilə əlaqədar olaraq bu məsələyə gələcəkdə Avropa Şurası çərçivəsində daim diqqət ayrılmalıdır.

E.Məmmədyarov demişdir: “Bizim işimiz, eyni zamanda, çiçəklənən və sarsılmaz cəmiyyətlərin iki əsas ayrılmaz elementi olan gənclik və təhsil üzərində də cəmləşib. Biz təhsilli və məsuliyyətli gənclər nəslinin tərbiyəsinə xüsusi əhəmiyyət verəcəyik ki, bu da gənclərin öz hüquqlarından geniş istifadə imkanının təmin edilməsindən keçir. Bakı bu prioritet fəaliyyət xətti çərçivəsində Avropa ali təhsil sahəsinin həyata keçirilməsi üzrə 4-cü regional nazirlər iclası və Gənclər Siyasəti üzrə BMT-nin Qlobal Forumu kimi iki əhəmiyyətli tədbirə ev sahibliyi edəcəkdir. BMT-nin Forumu Avropa Şurasının güclü institusional dəstəyindən faydalanacaqdır”.

Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri bildirmişdir ki, konvensiya sisteminin səmərəliliyinin artırılması Avropa Şurasının əsas prioritetlərindən biri olaraq qalır. Azərbaycan İnterlaken, İzmir və Braytonda imzalanmış bəyannamələrin yerinə yetirilməsinə dəstək göstərərək Avropa Şurasının bu istiqamətdə olan səylərinə öz töhfəsini verəcəkdir. Konvensiyanın milli səviyyədə həyata keçirilməsinə böyük diqqət göstəriləcəkdir. Bununla bağlı Bakıda konvensiyanın ölkədə həyata keçirilməsində yerli hakimlərin rolu barədə yüksək səviyyəli konfrans təşkil olunacaqdır.

Qeyd olunmuşdur ki, Avropa Şurası baş katibin təşəbbüsü ilə ciddi siyasi islahatların həyata keçirilməsi hədəfi qarşıya qoyulmuş və bu, sədrliyimiz müddətində bizim tərəfimizdən yekdilliklə və güclü şəkildə dəstəklənəcəkdir. Azərbaycan, həmçinin Avropa İttifaqı, ATƏT və BMT kimi digər beynəlxalq təşkilatlarla əməkdaşlığın daha da möhkəmləndirilməsinə dəstək göstərəcəkdir.

 Nazir diqqətə çatdırmışdır ki, Azərbaycan Avropa Şurasının qonşu regionlarla bağlı siyasətinin gedişatını yaxından izləməkdədir. 2011-ci ildə İstanbulda başlanılan bu siyasət nəticəsində siyasi dialoqun gücləndirilməsi və əməkdaşlıq prioritetləri ilə bağlı razılıqlar vasitəsilə qonşu regionlardakı bir çox ölkələr ilə münasibətlərin dərinləşməsi istiqamətində ciddi uğurlar əldə edilmişdir. Qitələrin kəsişməsində yerləşən bir ölkə olan Azərbaycan bu ölkələrlə tarixi köklərə dayanan güclü ikitərəfli əlaqələrə malikdir və bu səbəbdən bu siyasətin təkmilləşməsinə böyük diqqət göstərməkdə davam edəcəkdir.

Azərbaycan sədrliyi zamanı 2014-cü ilin sentyabrında Bakıda Avropa Şurasının qonşuluq siyasətinə həsr olunmuş yüksək səviyyəli nazirlər konfransı keçirərək Avropa Şurasının səylərini dəstəkləmək niyyətindədir. Bu konfrans Nazirlər Komitəsində son zamanlarda müzakirə mövzusu olmuş qonşuluqdakı bəzi ölkələrlə daha institusional münasibətlərin yaradılması imkanlarını nəzərə alaraq Avropa Şurasının mümkün uzunmüddətli fəaliyyətinin istiqamətlərinin müzakirəsi üçün dəyərli forum rolunu oynaya bilər. Həmçinin bu tədbir mədəniyyətlərarası dialoqla bağlı fəaliyyətlərin qonşuluq siyasətinin ümumi məqsədlərinə əlavə dəyər gətirib-gətirmədiyini müəyyənləşdirməyə imkan yaradacaqdır.

 E.Məmmədyarov demişdir ki, sədrliyimiz zamanı fəaliyyətimizin davamlılığını və əlaqəliliyini təmin etmək məqsədi ilə prioritetlərimizi əlaqələndirilmiş şəkildə inkişaf etdirərək bizdən sonra sədrliyi davam etdirəcək Belçika və Bosniya və Hersoqovina ilə daimi, yaxın əlaqələr yaradılacaqdır.

Azərbaycan bu olduqca əhəmiyyətli müddət ərzində sədrliyin rahat və səmərəli davamı üçün baş katiblik, Parlament Assambleyası, Yerli və Regional Hakimiyyət Orqanları Konqresi və digər qurumlarla yaxından əməkdaşlıq edəcəkdir.

Nazir demişdir: “Ortaq hədəf və məqsədlərimizə çatmaqda maksimum açıqlıq və istək göstərməyə çalışacaq və bu həyati əhəmiyyətli tapşırığın öhdəsindən gəlmək üçün güclü dəstəyinizə arxalanacağıq. Qarşıdakı 6 aylıq müddətdə ölkəmizdə 18 tədbir keçiriləcəkdir. Sizi və dəyərli həmkarlarınızı bu müddət ərzində ölkəmizə səfərə dəvət edirik”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib VİDEO

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur