MƏDƏNİYYƏT


Avropa Yayım Birliyi İctimai TV ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

Avropa Yayım Birliyi İctimai TV ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

Bakı, 27 may, AZƏRTAC

Avropa Yayım Birliyinin (EBU) nümayəndələri Sasha Scott (EBU Media transformasiya xidmətinin rəhbəri) və Radka Betcheva (Mərkəzi və Şərqi Avropa üzvləri ilə əlaqələr şöbəsinin rəhbəri) Bakıya iki günlük səfər çərçivəsində İctimai Televiziya və Radio Yayımları Şirkətində olublar.

AZƏRTAC xəbər verir ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Baş direktorunun müavinləri, əlaqəli struktur bölmə rəhbərləri ilə görüşlər zamanı EBU ilə mövcud və perspektiv əməkdaşlıq imkanları ətraflı müzakirə edilib. Gələcəkdə təlim və inkişaf üçün təcrübə mübadilələrinin intensivləşdirilməsi, EBU komitələrində daha fəal təmsil olunmaq, mövcud korporativ idarəetmə sisteminin xüsusi nəzərdən keçirilməsi və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Avropa Yayım Birliyinin nümayəndələri İTV-nin fəaliyyəti ilə daha yaxından tanış olub, şirkətin ayrı-ayrı departamentlərinin işi ilə maraqlanıblar. Verilişlərin müasir texniki və keyfiyyət standartlarına uyğun yayımını yüksək qiymətləndirən qonaqlar telekanalda korporativ idarəetməni, komandanın layihə və planları haqqında müsbət təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti 2007-ci ildən Avropa Yayım Birliyinin (EBU) üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.