CƏMİYYƏT


Avropa və Mərkəzi Asiya əhalisinin dörddəbiri piylənmədən əziyyət çəkir

Bakı, 20 sentyabr, AZƏRTAC

Ümumilikdə bütün dünyanı götürdükdə, Avropa və Mərkəzi Asiyada ərzaq təminatı ilə vəziyyət daha ürəkaçandır: əhalinin yalnız iki faizədək hissəsi normadan artıq qidalanır. Bu, orta qlobal göstəricidən 7 faiz aşağıdır.

Bununla yanaşı, Avropa və Mərkəzi Asiya ölkələrində ərzaq sistemi nöqsansız deyil: milyonlarla insan bütün zəruri qida elementlərini almır və qanazlığından əziyyət çəkirlər. Təqribən 200 milyon insan isə, yəni regionun böyük əhalisinin dörddəbiri artıq çəkiyə malikdir. Regionun bir çox ölkələri yağların, şəkər və ətin artıq sərf edilməsi, həmçinin oturaq həyat tərzi ilə bağlı problemlərin həllinə daha çox diqqət ayırmalıdırlar.

AZƏRTAC xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Budapeştdə təşkil olunan regional iclasının iştirakçıları bu və digər problemləri müzakirə ediblər. Bu görüş 2020-ci ildə “Ərzaq sistemləri və qidalanma üzrə könüllü rəhbər prinsiplərin” işlənib hazırlanmasına aparacaq prosesin bir hissəsidir.

FAO-da dəfələrlə qeyd olunub ki, planetin bütün sakinləri müxtəlif, balanslaşdırılmış və sağlam qidanı qəbul etmək hüququna malikdirlər. Bu, onlara fəal və sağlam həyat tərzi keçirməyə şərait yaradardı. Yetərincə qidalanmamaq fiziki artımın sürətini azaldır və beynin inkişafını dayandırır. Artıq çəki isə diabet, hipertoniya və xərçəng kimi qeyri-yoluxucu xəstəliklərə gətirib çıxarır. Bu problemlər birlikdə şəxsiyyətin inkişafına və cəmiyyətin rifah halının yüksəlməsinə mane olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.