Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Avropada ərazi bütövlüyü məsələsinə yanaşma necə dəyişdi?”

“Avropada ərazi bütövlüyü məsələsinə yanaşma necə dəyişdi?”

Bakı, 23 iyun, AZƏRTAC

Milli Məclisin deputatı, Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Könül Nurullayevanın “Eurasia Diary” portalında Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər və Aİ-nin ölkəmizin ərazi bütövlüyü məsələsinə yanaşması ilə bağlı məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, “Avropada ərazi bütövlüyü məsələsinə yanaşma necə dəyişdi?” adlı məqalədə bildirilir ki, son vaxtlar Avropa İttifaqının bütün institutlarında ərazi bütövlüyü və milli suverenlik məsələsinə münasibətdə vahid yanaşmaya istiqamətlənmə müşahidə olunur. Təkcə bu il Avropa İttifaqının ayrı-ayrı rəsmi və səlahiyyətli qurumları səviyyəsində 3 əsas sənəd qəbul olunub ki, onların da hər birində ərazi bütövlüyünə hörmət və sadiqlik ifadə edilir. Eyni zamanda, Aİ-nin xüsusilə Azərbaycana münasibətdə “ərazi bütövlüyü” anlayışının konkret parametrləri açıqlanır. Aydın olur ki, Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünə dəstəyi məhz beynəlxalq səviyyədə tanınmış sərhədlər, yəni, Dağlıq Qarabağ regionu ilə birlikdə olan ərazini nəzərdə tutur. Bu da nəticə etibarilə həmin sənədlərin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində hüquqi bazanın möhkəmlənməsinə xidmət edir. Belə ki, Aİ Xarici İşlər Nazirləri Şurasının bu il mayın 11-də qəbul etdiyi “Şərq Tərəfdaşlığının gələcəyi ilə yekunlar” sənədində Aİ ərazi bütövlüyü, müstəqillik və suverenlik daxil olmaqla, beynəlxalq hüquqa olan sadiqliyini ifadə edib. Təsadüfi deyil ki, məhz bu sənədin qəbulundan sonra təşvişə düşən erməni analitiklərin dolaşıq və təzadlı təhlillərində guya Qərbin razılığı ilə Azərbaycanın hərbi əməliyyatlara başlayacağına dair müharibə anonsları yer almağa başladı. Ardınca, mayın 28-də BMT Təhlükəsizlik Şurasının BMT və regional təşkilatlar arasında əməkdaşlıq mövzusunda videokonfransı zamanı Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel milli suverenlik və ərazi bütövlüyünün dəstəklənməsinin Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlərinin əsas elementləri kimi qalacağını bəyan etdi.

Məqalədə bu il iyunun 10-da Aİ-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədri xanım Marina Kalyurand, Avropa Parlamentinin Ermənistan üzrə daimi məruzəçisi Trayan Basesku və AP-nin Azərbaycan üzrə daimi məruzəçisi xanım Zelyano Zovkonun imzası ilə hazırlanan birgə bəyanatın əhəmiyyəti xüsusilə vurğulanır. Bəyanatda Ermənistanla işğal olunmuş Dağlıq Qarabağı birləşdirəcək üçüncü magistral yolla bağlı rəsmi Yerevana xəbərdarlıq edilir. Ermənistan Paşinyanın separatçı yol “strategiyası”nın əleyhinə olan və soyuq duş effekti yaradan bu sənədin təsirindən çıxmadan, 10 gün sonra Avropa Parlamenti daha konkret və prinsipial sənəd qəbul etdi. İyunun 19-da qəbul edilən – “Avropa Parlamentinin iyun (2020-ci il) sammiti ərəfəsində Aİ Komissiyasına və Komissiyanın vitse-prezidenti Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı üzrə xarici siyasət məsələləri və təhlükəsizlik üzrə ali nümayəndəsinə tövsiyə” adlı qətnaməsində isə “Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına tələbləri”nə istinad edilir. Sonuncu sənəddə Avropa İttifaqının sırf ərazi bütövlüyü ilə bağlı prinsipial mövqeyini əks etdirən bir sıra ciddi bəndlər yer alıb - ilk növbədə, erməni silahlı birləşmələri tərəfindən tutulmuş ərazilər “işğal edilmiş ərazilər” adlandırılıb. Həmçinin Şərq Tərəfdaşlığı ölkələrinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün hələ də həll edilməmiş regional münaqişələr, xarici təcavüz və həmin ölkələrin bəzilərinin işğalının davam etməsi ucbatından pozulduğu qeyd olunub. Xarici qoşunların işğal edilmiş bütün ərazilərdən dərhal çıxarılmasına dair çağırış edilir. Bu çağırış ərazilərində işğalçı qoşunların dislokasiya edildiyi Şərq Tərəfdaşlığının iştirakçılarına aiddir.

Ən vacib məqam - sənəddə məhz xarici təcavüz nəticəsində baş verən münaqişələr zamanı insan haqlarının kobud şəkildə pozulduğu xatırladılır. Yəni, əsas diqqət Ermənistanın təcavüz və işğal siyasətinin qurbanı olan Azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarına yetirilir. Bununla da erməni tərəfinin paranoid xarakterli iddiası - “Dağlıq Qarabağ xalqı”nın(?) öz müqəddəratını təyinetmə prinsipi ətrafında manipulyasiyası üçün nəfəs yeri qalmır. Qətnamənin daha bir bəndində isə qeyd olunur ki, əgər könüllü olaraq ilkin mövqelərə, yəni dövlət sərhədindən kənara çəkilməsələr, işğal olunmuş ölkənin qəbul edilmiş və bu gündən etibarən Avropa İttifaqı tərəfindən dəstəklənən öz ərazi bütövlüyünü güc yolu ilə təmin etmək hüququ var. Bu isə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün bütün mümkün variantlardan istifadə hüququna verilən dəstəkdir.

Müəllif qeyd edir ki, Avropa İttifaqı bu vaxta qədər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha çox məsuliyyətdən yaxasını kənara çəkmək, bütün məsuliyyəti ATƏT-in Minsk üçlüyünün “üzərinə yıxmaqla” seçilib. Həm də yalnız bununla yox, Dağlıq Qarabağ münaqişəsindən fərqli olaraq, Cənubi Qafqaz regionundakı oxşar münaqişələrə daha obyektiv münasibət sərgiləməklə. Yəni, Aİ-nin münaqişələrə selektiv yanaşması tez-tez rəsmi Bakını məyus edib. Halbuki Azərbaycan Avropa İttifaqına münasibətdə hər zaman etibarlı tərəfdaş qismində çıxış edib. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir, eyni zamanda, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ölkəmiz Avropa İttifaqının milli təhlükəsizliyə bərabər sayılan enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Azərbaycan Aİ-yə üzv 9 dövlət ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Elə hazırda Aİ Şurasına sədrlik edən məhz bu strateji tərəfdaşlardan biri – Xorvatiyadır. Bu ölkənin Baş Naziri Andrey Plenkoviç öz çıxışlarının birində "Xorvatiya Avropa İttifaqına yaxınlaşmaq istəyən ölkələrin ambisiyalarına güclü dəstək verməklə Şərq Tərəfdaşlığı ölkələri ilə Aİ arasında münasibətlərin daha da inkişafını dəstəkləyir. Bu mənada Şərq Tərəfdaşlığı ölkələrinin hər birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət vacibdir, xüsusən bir sıra dondurulmuş münaqişələr kontekstində” söyləməklə Ermənistanın işğal siyasətinin Şərq Tərəfdaşlığı ilə ziddiyyət təşkil etdiyini vurğulamış oldu ki, bu da əslində, Avropa İttifaqının mövqeyi kimi qəbul olunur.

Xorvatiyanın Aİ Şurasının sədri kimi bu ədalətli və prinsipial mövqeyinə Bakı-Zaqreb strateji tərəfdaşlıq prizmasından baxdıqda tam aydın olur ki, dövlətlərarası münasibətlərdə strateji tərəfdaşlıq qarşılıqlı şəkildə milli maraqların adekvat və praqmatik təmin olunması ilə xarakterizə edilir. Strateji tərəfdaş həm də qlobal problemlərin həllində əsas rol oynayan aktor olmalıdır. Biz 25 illik tarixi olan Azərbaycan-Xorvatiya münasibətlərində bunun real nəticəsini görürük.

Deputat məqaləsinin sonunda vurğulayır ki, Avropa İttifaqının son vaxtlar milli suverenlik və ərazi bütövlüyü məsələsi ilə bağlı daha obyektiv mövqe nümayiş etdirməsi, strateji tərəfdaşların beynəlxalq müstəvidə ölkəmizə dəstəyi onu deməyə əsas verir ki, “orta güc” (middle power) kimi Azərbaycan mövcud mürəkkəb geosiyasi reallıqlar fonunda bütün diplomatik vasitələri öz perspektivinə çevirə bilir. Məhz Azərbaycan təcrübəsinə əsaslansaq - ağıllı xarici siyasət dövlətin strateji vəzifələrini və dünyadakı real vəziyyəti uzlaşdıraraq, mövcud olan bütün imkanlardan çevik və maksimum effektiv istifadə etmək bacarığıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir