Avropada fəaliyyət göstərən “Azerbaijani Ladies Club” elmi vebinar keçirib VİDEO
AzerTAg.az

Berlin, 27 iyun, AZƏRTAC
Avropada fəaliyyət göstərən “Azerbaijani Ladies Club” tərəfindən “Biz kimik” mövzusunda elmi vebinar keçirilib.
AZƏRTAC xəbər verir ki, vebinarın ideya müəllifi Nigeriyada yaşayan soydaşımız Büllurə Bayramova Bernard, təşkilatçısı Niderlandda yaşayan Kəmalə Ceylinova, moderatoru isə Almaniyada yaşayan Lalə Məmmədli olublar. Görüşdə tarix elmləri doktoru, professor, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Solmaz Əli qızı Rüstəmova-Tohidi Azərbaycanın tarixi haqqında məruzə ilə çıxış edib.
Ümumilikdə 3 saat 30 dəqiqə davam edən vebinar çoxlu sayda insanlar tərəfindən maraqla qarşılanıb. Solmaz Rüstəmova-Tohid ona ünvanlanan suallara cavab verib.
Onlayn tədbir “Zoom” vasitəsilə təşkil olunub.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Xəbərin mətnində orfoqrafik səhv var