DÜNYA


Avropada min kubmetr qazın qiyməti 1600 dollara enib

Bakı, 4 oktyabr, AZƏRTAC

Avropada oktyabrın 4-də keçirilən hərracın gedişində min kubmetr qazın qiyməti iyulun 22-dən bu yana ilk dəfə 1600 dollara enib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Londonun ICE birjasının məlumatına görə, hazırda Niderlanddakı TTF habında min kubmetr qazın noyabr fyuçersinin qiyməti 1600 dollardan bir qədər yüksəkdir.

Qazın qiymətinin ucuzlaşması Avropanın yeraltı qaz anbarlarında ehtiyatların maksimuma yaxınlaşması fonunda baş verib. Hazırda Aİ-nin anbarları demək olar ki, 90 faiz doldurulub. Bundan öncə Avropa İttifaqı ölkələri 2022-2023-cü illərin qışına qədər anbarlarını ən azı 80 faiz, sonrakı bütün qış mövsümləri üçün isə 90 faizə qədər doldurmağı öhdələrinə götürmüşdü.

Bununla yanaşı, qitədə payızın nisbətən isti keçməsi və elektrik istehsalında külək enerjisinin payının əhəmiyyətli dərəcədə artması məişətdə və sənayedə qazdan daha az istifadə edilməsinə səbəb olub.

Xatırladaq ki, Avropa bazarında min kubmetr qazın orta qiyməti iyunda 1240 dollar, iyul və avqustda müvafiq olaraq 1850 və 2515 dollar təşkil etmişdi. Martın 7-də isə qazın birja qiymətləri tarixi maksimuma - 3900 dollara qədər yüksəlmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.