SİYASƏT
Avropalı deputatlar qaçqınların şəraitini yaxşılaşdırmaq üçün hökumətlərini Suriyanın qonşularına yardım göstərməyə çağırmalıdırlar
Strasburq, 26 yanvar, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında “Suriyada vəziyyət və onun qonşu ölkələrə təsirləri” hesabatı çərçivəsində aparılan cari müzakirələrdə iştirak edən qurumun miqrasiya, məcburi köçkünlər və qaçqınlar komitəsinin sədri Sahibə Qafarova hesabatla bağlı rəhbərlik etdiyi komitənin mövqeyini bildirib. O, Suriya münaqişəsinin qonşu ölkələrin iqtisadi, maliyyə və sosial sahələrinə göstərdiyi mənfi təsirlərdən danışıb. Qərb ölkələrində nicat axtaran qaçqınların Aralıq dənizi hövzəsində üzləşdikləri faciələrdən söz açıb. Deputat Türkiyənin suriyalı qaçqınlarla bağlı üzləşdiyi çətinlikləri də qeyd edib.
AŞPA-nın komitə sədri Aralıq dənizi hövzəsində bundan sonra qaçqın ölümü ilə üzləşməmək üçün avropalı parlamentariləri hökumətlərini qaçqınların şəraitini yaxşılaşdırmaq üçün Suriyaya qonşu olan ölkələrə maliyyə yardımı göstərməyə çağırmağın əhəmiyyətinə toxunub.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq