İDMAN


Avropanın bir sıra idman portalları “EYOF Bakı 2019” haqqında məqalələrdə AZƏRTAC-ın fotolarından istifadə edib

Bakı, 29 iyul, AZƏRTAC

Avropanın bir sıra idman portallarında “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı yerləşdirilən məqalələrdə festivalın rəsmi media tərəfdaşı olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) fotolarından geniş istifadə edilib.

AZƏRTAC xəbər verir ki, Macarıstan Olimpiya Komitəsinin saytında bu ölkədən olan idmançıların, o cümlədən cüdoçuların və velosipedçilərin yarışları ilə bağlı xəbərlər AZƏRTAC-ın fotoları ilə oxuculara təqdim olunub.

Bundan başqa, Çexiyanın www.czechteam.info portalında bu ölkə idmançılarının tennis yarışlarını komanda hesabında birinci pillədə başa vurmaları barədə yer alan xəbərdə də AZƏRTAC-ın fotosundan istifadə edilib. Xəbərdə bildirilib ki, Çexiya tennisçiləri oğlan cütlüklərin yarışında qızıl, qızların mübarizəsində isə həm fərdi, həm də cütlüklər arasında bürünc medallara sahib olublar.

Ümumiyyətlə, AZƏRTAC-ın fotolarından Çexiya və Macarıstan portalları ilə yanaşı, Xorvatiya, Kosovo, İrlandiya, Hollandiya və digər ölkələrin xəbər və müvafiq qurumlarının saytlarında yerləşdirilən informasiyalarda da istifadə edilib.

Xatırladaq ki, iyulun 21-27-də Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalında 48 ölkədən 3900 atlet idmanın on növü üzrə 135 dəst medal uğrunda mübarizə aparıb. Azərbaycan yığma komandası 10 qızıl, 7 gümüş və 6 bürünc medalla festivalı dördüncü pillədə başa vurub.

XV Avropa Gənclər Olimpiya Festivalının rəsmi media tərəfdaşı olan AZƏRTAC bu mühüm idman yarışlarının yüksək səviyyədə işıqlandırılmasını təmin edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.