DÜNYA


Avstraliya hökuməti daha bir milyon doza "Moderna" vaksini sifariş edib

Tokio, 13 sentyabr, AZƏRTAC

Avstraliya ABŞ-ın “Moderna” şirkətindən əvvəllər aldığı 25 milyon doza vaksindən əlavə daha bir milyon doza vaksin sifariş edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Skott Morrison öz tviter səhifəsində yazıb. Baş nazir qeyd edib ki, əlavə alınan vaksin dozası əvvəlkilərlə birlikdə bir həftə ərzində ölkəyə gətiriləcək.

“Moderna” vaksinləri bütün ölkə üzrə apteklərə paylanacaq və 12 yaşdan 59 yaşadək istənilən şəxs onu vurdurmaq üçün müraciət edə bilər”, – deyə S.Morrison öz səhifəsində yazıb.

Baş nazir, həmçinin qeyd edib ki, sentyabrda Avstraliyada 11 milyon doza “Pfizer” və “Moderna” vaksininin yayılması nəzərdə tutulur və bu, vaksin üçün istənilən növbəni aradan qaldırmağa imkan yaradacaq.

Məlumat üçün bildirək ki, 25,7 milyon nəfər əhalisi olan Avstraliyada koronavirusa ilk yoluxma halı 2020-ci il yanvarın 20-də qeydə alınıb. Son məlumatlara görə, hazırda ölkə üzrə ümumi yoluxanların sayı 75,3 min nəfər təşkil edir və onlardan 1100-ü pandemiyanın qurbanı olub.

Ölkə üzrə 22,6 milyon nəfərin (88,2 faiz) vaksinin bir, 8,7 milyon nəfərin (34 faiz) isə hər iki dozasını aldığı bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.