DÜNYA


Avstraliya parlamentinin binası əməkdaşlardan birinin COVID-19-a yoluxması səbəbindən bağlanıb

Tokio, 5 dekabr, AZƏRTAC

Avstraliya federal parlamentinin binası cari həftə iclaslardan birinin iştirakçısının koronavirus testinin nəticəsinin pozitiv çıxması ilə əlaqədar ziyarətçilər üçün bağlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 5-də SBS telekanalı məlumat yayıb.

Bildirilir ki, koronavirusa yoluxan əməkdaş “Yaşıllar” Partiyasının lideri Adam Bandtın rəhbərlik etdiyi işçilərdəndir. Qeyd edilir ki, həmin şəxs koronavirusa qarşı peyvəndin hər iki dozasını qəbul edib.

Telekanal “Yaşıllar” Partiyasının nümayəndəsinə istinadla qeyd edib ki, partiyanın ötən həftə Kanberrada olan digər əməkdaşlarının koronavirus testi neqativ çıxıb.

Binaya giriş üçün icazə yalnız parlamentin məsafədən işləməsi mümkün olmayan əməkdaşlarına veriləcək. Həmin əməldaşlardan parlament daxilində mütləq tibbi maska taxmaları və sosial məsafəni gözləmələri tələb ediləcək.

Telekanalın bildirdiyinə görə, ötən həftə Avstraliyanın Baş naziri Skott Morrison və müxalifətin lideri Entoni Albanes də parlamentdə olublar.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.