DÜNYA


Avstraliyanın Kvinslend ştatında meşə yanğınları səbəbindən əhali təxliyə edilir

Bakı, 28 noyabr, AZƏRTAC

Avstraliyanın Kvinslend ştatının yerli hakimiyyət orqanları meşə yanğınları səbəbindən 8 min nəfərin təxliyəsinə başlayıb.

AZƏRTAC ABC telekanalına istinadla xəbər verir ki, ştat ərazisində meşə yanğınlarının sahəsi 20 min hektara çatıb. Hökumət orqanları artıq təxliyədən imtina edən sakinlərin təhlükəsizliyinə zəmanət verə bilmədiklərini bəyan edib. Bəzi rayonlardan insanların çıxarılmasının mümkün olmadığı bildirilir.

Telekanalın məlumatına əsasən, alovun yaxınlaşdığı Qreysmir şəhərinin sakinləri təcili təxliyə barədə göstəriş alıblar.

Alovla mübarizəyə 8 təyyarə, o cümlədən 15 min litr su daşıya bilən iri yanğınsöndürən təyyarə cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.