İQTİSADİYYAT


Avstriya Azərbaycan ilə əlaqələrin İKT sektorunda genişləndirilməsində maraqlıdır

Bakı, 6 mart, AZƏRTAC

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aksel Vex ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan ilə Avstriya arasında dostluq müstəvisində genişlənən əlaqələrin bütün istiqamətlərə nüfuz etdiyini deyən nazir Əli Abbasov digər sahələrdə olduğu kimi, rabitə və yüksək texnologiyalar sahəsində də əməkdaşlığın davam etdirilməsi üçün yüksək potensialın mövcudluğunu vurğulayıb. İlbəil möhkəmlənən münasibətlərin uğurlu inkişafının təmin edilməsində qarşılıqlı marağın olduğuna diqqət çəkən nazir gələcək əməkdaşlıq istiqamətləri və perspektivlərdən də söz açıb.

Azərbaycanda gedən iqtisadi inkişaf proseslərini maraqla izlədiyini deyən Aksel Vex ikitərəfli təmaslarda müşahidə olunan yüksək dinamikanı vurğulayaraq, əməkdaşlıq üçün geniş imkanların olduğunu deyib. Səfir ölkəsinin Azərbaycan ilə əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən İKT sektorunda da genişləndirilməsində maraqlı olduğunu qeyd edib.

Avstriyalı diplomat nazir Əli Abbasovun “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiya”nın sədri kimi fəaliyyətindən məmnunluğunu ifadə edərək, münasibətlərin inkişafına təkan verən komissiyanın iyunun 1-3-də Bakıda keçiriləcək növbəti iclasında qarşılıqlı investisiya qoyuluşlarının müzakirəsinin, eyni zamanda avstriyalı şirkətlərin iştirakı ilə biznes forumun təşkilinin məqsədəuyğunluğundan danışıb. Səfir Aksel Vex ölkəmizdəki diplomatik fəaliyyəti dövründə tərəflər arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini də qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.