SİYASƏT
Avstriya Azərbaycanlıları Cəmiyyətində Respublika Günü münasibətilə tədbir keçirilib
Vyana, 31 may, AZƏRTAC
Avstriya Azərbaycanlıları Cəmiyyətində (AAC) 28 May – Respublika Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Vyanada Azərbaycan və türk icmasının üzvləri, yerli ictimaiyyətin nümayəndələri və bu şəhərdə təhsil alan azərbaycanlı tələbələrin iştirak etdiyi tədbirdə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən sonra bu bayramın daha böyük sevinc və coşqu ilə qeyd olunduğu bildirilib.
Zaltsburq şəhərində fəaliyyət göstərən Eva-Mariya Konstantin Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi münasibətilə təbriklərini çatdırıb, qədim Bakının əks olunduğu rəsm əsərini cəmiyyətə hədiyyə edib.
Tədbirdə, həmçinin Avstriyada təhsil alan azərbaycanlı tələbə Lalə Hacılının Azərbaycan musiqisi haqqında qələmə aldığı elmi əsəri də təqdim olunub.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana