DÜNYA


Avstriyada Slovakiya nümunəsi əsasında kütləvi testlər həyata keçiriləcək

Vyana, 16 noyabr, AZƏRTAC

Koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Avstriyada Slovakiya nümunəsi əsasında kütləvi testlər həyata keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Federal Kansler Sebastian Kurts təsdiqləyib və testlərin ilk mərhələsinin dekabrın 6-da başa çatacaq sərt karantinin sonları, ikinci mərhələsinin isə Milad bayramı öncəsi üçün planlaşdırıldığını söyləyib.

Federal Kansler həmçinin qeyd edib ki, kütləvi testlər bir sıra hədəf qrupları, ilk növbədə isə təhsil işçiləri arasında aparılacaqdır. Kütləvi testlərin məqsədi koronavirusa yoluxmuş, lakin virusun əlamətlərini daşımayan şəxsləri (qeyri-simptomatik yoluxma halları) müəyyən edərək, virusun daha da geniş yayılmasının qarşısını almaqdır.

S. Kurts bildirib ki, Slovakiya təcrübəsi əsasında sürətli antigen testlərinin epidemioloji vəziyyətin inkişafına müsbət təsiri müəyyən edilib və eyni qaydada Avstriyada da əhali testlərə cəlb ediləcək, lakin bu zaman prioritet peşə istiqamətləri və əhalinin sosial qrupları nəzərə alınacaq.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.