İDMAN


Avstriyada yaşayan həmyerlimiz dünya çempionu olub

Vyana, 6 dekabr, AZƏRTAC

Avstriyada yaşayan həmyerlimiz Fərid Əzizov Birləşmiş Ümumdünya İdman Kempo Federasiyasının (UWSKF) Budapeşt şəhərində keçirilən 26-cı dünya çempionatında qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, 27 ölkədən idmançıların iştirak etdiyi çempionatda F.Əzizov Avstriyanı təmsil edən yeganə idmançı kimi tatamiyə çıxıb. A - veteranlar qrupunda (doğum tarixi 1986-cı ildən əvvəl) 92 kiloqram çəki dərəcəsində döyüşən idmançı bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib və aktivindəki qızıl medalların sayını altıya çatdırıb. Bu, azərbaycanlı idmançılar arasında həmin idman növü üzrə indiyədək ən yüksək nailiyyətdir.

F.Əzizov, həmçinin UWSKF rəhbərliyi tərəfindən dördüncü dan qara kəmərə layiq görülüb.

Qeyd edək ki, növbəti il çempionata Fransa ev sahibliyi edəcək.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.