CƏMİYYƏT


Avtomobil qaçırmaqda şübhəli bilinən paytaxt sakini saxlanılıb

Bakı, 12 sentyabr, AZƏRTAC 

Paytaxtın Xətai rayonunda avtomobil qaçırmaqla məşğul olan şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində R.Mənsumova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini V.Məmmədov saxlanılıb, daha bir nəfər isə müəyyənləşdirilib.

Araşdırmalar zamanı onların həmin nəqliyyat vasitəsinin hissələrini sökmələri və onu yandırmaları aşkarlanıb.

Faktla bağlı təhqiqat aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.