CƏMİYYƏT


Avtomobil qəzasında ağır yaralanan Vətən müharibəsi qazisi yenidən həyata qaytarılıb

Bakı, 17 avqust, AZƏRTAC

Bakı-Ələt yolundakı avtomobil qəzasından sonra ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilən Vətən müharibəsi iştirakçısı, qazi Emrahşah Mahmudov həkimlərin səyi nəticəsində yenidən həyata qaytarılıb.

AZƏRTAC Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, koma vəziyyətində mərkəzə gətirilən E.Mahmudovun qaraciyəri iki hissəyə bölünmüş vəziyyətdə olub. Cərrah Əziz Məmmədov tərəfindən icbari tibbi sığorta çərçivəsində əməliyyat uğurla icra olunub. Hazırda Emrahşah Mahmudovun vəziyyəti stabildir və müalicəsi davam edir.

Qeyd edək ki, E.Mahmudov Vətən müharibəsi zamanı Ağdam və Suqovuşan istiqamətində ağır döyüşlərdə iştirak edib və yaralanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.