İQTİSADİYYAT


Avtomobil yollarına yaxın ərazilərdə yarana biləcək sürüşmə hallarına qarşı qabaqlayıcı tədbirlər görülür

Bakı, 11 may, AZƏRTAC

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sürüşmə zonalarından keçən avtomobil yollarında bir-sıra problemlərə səbəb olur. Bunun qarşısını almaq məqsədilə hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən qabaqlayıcı tədbirlər görülür.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Quba-Xınalıq yolunda intensiv yağıntılar nəticəsində yola yaxın ərazilərdə aktivləşən sürüşmə nöqtələri müəyyən edilir. Baş verə biləcək sürüşmə nəticəsində torpaq və qaya qruntunun yolun hərəkət hissəsinə tökülərək hərəkətə maneə yaratmasının qarşını almaq üçün öncədən həmin qrunt təhlükəsiz şəraitdə əraziyə dağıdılır. Bununla sürüşmənin fəsadlarına qarşı qabaqlayıcı tədbirlər görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.