İQTİSADİYYAT
“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə 2,2 milyon manatdan çox sığorta ödənişi həyata keçirilmişdir
Bakı, 4 mart (AZƏRTAC). Fevral ayında İcbari Sığorta Bürosunun iştirakçıları olan sığorta şirkətləri tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə 2,2 milyon manatdan çox sığorta ödənişi həyata keçirilmişdir.
Ötən ay “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1,736 sığorta tələbi üzrə 2,254,178 manat məbləğində sığorta ödənişi reallaşdırılmışdır.
Bürodan AZƏRTAC-a bildirmişlər ki 2014-cü ilin fevral ayında 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişlərinin məbləğində 14 faiz artım müşahidə edilmişdir. Cari ilin fevral ayında avtomobillərə dəymiş zərərə görə verilmiş sığorta ödənişlərinin orta məbləği 1,252 manat təşkil etmişdir.
Fevral ayında İcbari Sığorta Bürosu tərəfindən 4 kompensasiya tələbi üzrə 17,510 manat məbləğində kompensasiya ödənişi həyata keçirilmişdir.