SİYASƏT


Aydın Mirzəzadə: Azərbaycan-Çin münasibətləri dostluq və qarşılıqlı mənfəət prinsipləri üzərində qurulub

Bakı, 17 sentyabr, AZƏRTAC

Azərbaycan ilə Çin arasında münasibətlər dostluq və qarşılıqlı mənfəət prinsipləri üzərində qurulub.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Milli Məclisinin deputatı Aydın Mirzəzadə Çinin Sinxua agentliyinə müsahibəsində bildirib.

Deputat qeyd edib ki, ölkələrimiz beynəlxalq aləmdə bütün dünyada sabitliyin qurulması, inkişafın təmin edilməsi və sülhün əldə olunması uğrunda birgə mövqelərdən çıxış edirlər. Rəsmi Pekin Azərbaycanın ərazi bütövlüyünü, rəsmi Bakı isə “Vahid Çin” siyasətini dəstəkləyir.

A.Mirzəzadə qeyd edib ki, Azərbaycan Çinin irəli sürdüyü və həyata keçirdiyi “Bir kəmər, bir yol” təşəbbüsünü müdafiə edir. Zaman sübut etdi ki, bu təşəbbüs bir çox ölkələrin, o cümlədən Azərbaycanın maraqlarına xidmət edir. Həmçinin imkan verir ki, bu strateji yol ətrafında yerləşən ölkələr qarşılıqlı mənfəət əldə etmək üçün səylərini birləşdirsinlər, eləcə də milyonlarla yeni iş yeri yaransın, müharibə və münaqişələr aradan qalxsın.

Çin-Azərbaycan əməkdaşlığının perspektivlərindən danışan deputat vurğulayıb ki, iki ölkənin bir çox sahələr üzrə qarşılıqlı əməkdaşlığını genişləndirmək böyük potensial var. Parlamentlərarası əlaqələr ikitərəfli münasibətlərə böyük impuls verir. Hər iki ölkənin parlament üzvləri qarşılıqlı surətdə çoxsaylı səfərlər ediblər. Bu zaman təkcə fikir və təcrübə mübadiləsi aparılmayıb, həmçinin ikitərəfli dostluq əlaqələri üçün möhkəm zəmin yaranıb. Bütün bunlar bir tərəfdən Azərbaycan-Çin parlamentlərarası əlaqələrinə müsbət təsir edir, digər tərəfdən ölkələrimiz və xalqlarımız arasında dostluğun möhkəmlənməsinə töhfə verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.