DÜNYA


Ayətullah Əli Xamneyi: İrana qarşı 40 il mübarizə aparan Amerika heç bir uğur əldə edə bilməyib

Tehran 3 noyabr AZƏRTAC

İrana qarşı 40 il mübarizə aparan Amerika heç bir uğur əldə edə bilməyib və bundan sonra da qazancı olmayacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 3-də tələbələr ilə görüşən İran İslam respublikasının Ali Lideri Ayətullah Əli Xamneyi deyib.

Ə. Xamneyi bildirib ki, ABŞ inqilabdan əvvəl İranda etdiyi hökmranlığı geri qaytarmaq istəyir. Lakin İran xalqı inqilab edərək ABŞ-ın hegemonluğuna son qoyub və azadlıq əldə edib. Sanksiyalara və hədə qorxulara baxmayaraq, İran xalqı azadlıq yolundan dönməyəcək. İran heç vaxt ABŞ-ın hökmranlığını qəbul etməyəcək.

Ali Lider bildirib ki, ABŞ-ın liberal demokratiya siyasəti iflasa uğrayıb. İrana qarşı ədalətsiz və qanunsuz mübarizədə dünya dövlətləri arasında heç bir müttəfiq tapmayan ABŞ məğlubiyyətə düçar olacaq. Dünyanın əksər dövlətləri ABŞ-ın siyasətinə qarşı çıxır. Artıq ötən illərdəki kimi dünya dövlətləri qorxub geri çəkilmir, əksinə öz mövqelərini daha ciddi müdafiə edirlər. Bu, onu göstərir ki, ABŞ-ın hərbi və iqtisadi gücü zəifləyib. Dünyada tək qalan ABŞ əvvəl axır məhv olacaq.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.