Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Aynurə Zeynalova: Uşağın ilk üç yaşında sağlamlığı və inkişafı birbaşa valideynlərdən asılıdır

Aynurə Zeynalova: Uşağın ilk üç yaşında sağlamlığı və inkişafı birbaşa valideynlərdən asılıdır

Bakı, 24 fevral, AZƏRTAC

Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova uşaqların erkən inkişaf dövrü ilə əlaqədar valideynləri maraqlandıran sualları cavablandırıb.

AZƏRTAC müsahibəni təqdim edir.

- Uşaqlarda erkən inkişaf dövrü hansı yaş aralığını əhatə edir və nə üçün ən önəmli dövrlərdən sayılır?

- Erkən uşaqlıq dövrü 0-8 yaşları əhatə edir, bu illər ərzində uşağın inkişafı təkrarolunmaz sürətlə baş verir və məhz bu səbəbdən bu dövr çox əhəmiyyətlidir – bu zaman uşağın beyni hər saniyə inkişaf edir və hər saniyə orada 700-ə qədər neyron əlaqələri yarana bilər bu da uşağın əqli inkişafını, gələcəkdə təhsilalma qabiliyyətini, karyera qurma, qazanc əldəetmə imkanlarını, hətta gələcəkdə nə dərəcədə xoşbəxt olmağını istiqamətləndirir. Bu neyron əlaqələri nə qədər çox yaranarsa bir o qədər də uşaq tam öz potensialını reallaşdıra biləcək. Burada xüsusi rolu mayalanmadan 3 yaşa qədər olan dövr oynayır ki, 3 yaşlı uşağın beyninin strukturu böyüklərdə olduğunun 80 faizinədək artıq formalaşmış olur. Ona görə də məhz bu dövr ərzində uşağın sağlamlıq və inkişafına yönəldilən qayğı nə dərəcədə çox olarsa, bir o qədər də onun bütün gələcək həyatının güclü təməli qoyulmuş olacaq.

- Uşaqların fiziki inkişafına təsir edən faktorlar hansılardı?

- Erkən uşaqlıq dövrünün 5 əsas faktoru var ki, uşağın həm fiziki, həm əqli, həm emosional, həm də sosial inkişafını şərtləndirir. İlk növbədə, sağlamlıq – vaxtında və tam həcmdə göstərilən antenatal (hamiləlik dövrü) tibbi xidmətlər və doğuşa yardım, yenidoğulmuşa düzgün qulluq üzrə valideynlərin təlimləndirilməsi, körpənin tibb işçiləri tərəfindən doğuşdan sonra və mütəmadi olaraq müayinələri və hər hansı bir problemlərin erkən aşkarlanması, immunlaşdırma, uşaqlıq dövründə xəstəliklərin düzgün müalicəsi. İkinci amil – qidalanma. Burada xüsusi rol ana südü ilə qidalanma oynayır. Həyatının ilk bir saatı ərzində ana südü (ağız südü/molozivo) ilə əmizdirilən uşaqlarda neonatal (həyatının ilk ayı) dövrdə infeksion xəstəliklərə tutulması riski 17 faiz azalır, neonatal dövrdə ölüm riski isə 30 faizədək azalır. Üçüncü amil – təhlükəsiz ətraf mühit. Körpənin doğulduğu andan 3 yaşınadək onun ətraf mühiti ailə və evidir. Həmin mühit uşaq üçün təhlükəsiz olmalıdır. Burada söhbət həm fiziki təhlükələrdən gedir (elektrik naqillər, qaz, məişət tullantıları və kimyəvi maddələr), həm də psixoloji (baxımsızlıq, uşağa qarşı biganəlik, onunla ünsiyyətin və ona qarşı sevginin olmaması, uşağa qarşı zorakılıq, ailədə zorakılığın şahidi olması uşağı toksik stresə məruz qoyur və onun beyninin inkişafı dayanır, çünki neyronlar arasında əlaqələr bu stressə görə yaranmır). Dördüncü faktor – böyüklər tərəfindən uşağın tələbatlarına uyğun olan qayğı – onunla sevgi əsasında ünsiyyətin qurulması, səsinə səs verilməsi, ağlamasına diqqət verilməsi və onun ehtiyaclarına həssas, diqqətlə yanaşılması. Beşinci faktor – uşağın inkişafına təkan verilməsi və erkən təlim. Burada həyatının ilk anlarından uşaqla danışmaq, ona mahnı oxumaq, həznli musiqi dinlətmək, danışdıqda gözünə baxmaq, üzünə gülümsəmək. Bütün bunlar inkişafı dəstəkləyir.

- Uşağın düzgün inkişafını təyin edən göstəricilər hansılardır?

- Cəmiyyət olaraq aşağıdakı göstəricilər vacibdir: Ana südü ilə qidalanmanın erkən başlanması (həyatın birinci saatı ərzində) – bu göstərici Azərbaycanda körpələr arasında cəmi 42 faizdir ( 3 ayadək ana südü ilə qidalanma). Ölkəmizdə bu rəqəmlərin daha da çox olması üçün UNICEF ilə birgə layihələr həyata keçiririk; 6 ayadək yalnız ana südü ilə qidalanma – bu göstərici Azərbaycanda 28 faizdir; Uşaqlar arasında inkişaf geriliyinin və ya məhdud sağlamlıq imkanlarının 3 yaşadək aşkarlanması və erkən müdaxilə xidmətlərinin göstərilməsi; İmmunizasiya ilə əhatə; Valideynlərin uşaqla həftə ərzində ən azı 3-4 fərqli inkişafetdirici fəaliyyətlə məşğul olması; Uşaqlar üçün evdə mövcud kitabların sayı; Uşaqların məktəbəqədər təhsilə cəlb olunması.

- Uşaqların qatı qidaya keçmə dövründə nələrə diqqət etməliyik?

- Uşaqların menyusuna 6 ayından başlayaraq qatı qidalar əlavə edilməlidir. Burada əsas məqamlar: qidaları tədricən əlavə etmək (hər bir növü ayrıca); birinci tərəvəz purelərindən başlamaq; qida kifayət qədər qatı olmalıdır ki, uşağın enerji tələbatlarını ödəsin; hər bir növ qidanın əlavə edilməsi az miqdardan (yarım qaşıqdan) başlayır və tədricən artırılır; 6-23 aylıq uşaqlar gündə ən azı 4 müxtəlif növ qida qəbul etməlidir (onun biri heyvan mənşəli, 1-2 meyvə-tərəvəz); ana südü ilə qidalanma davam edirsə 6-8 aylıq uşaqlar qatı qidaları gündə 2-3 dəfə; 9-23 aylıq uşaqlar gündə azı 3-4 dəfə qəbul etməlidir (ehtiyac və istək olarsa əlavə 1-2 qəlyənaltı da verilə bilər).

- Uşaqların düzgün inkişafı üçün necə sosial mühit yaradılmalıdır?

- Uşaqların düzgün inkişafı üçün sosial mühit ilk öncə valideynlər üçün dəstəkverici olmalıdır. Uşağın ilk üç yaşında sağlamlığı və inkişafı birbaşa valideyndən asılıdır. Lakin valideynin diqqəti məişət, sosial, iqtisadi problemlərə yönəlibsə o, uşağın inkişafı ilə məşğul ola bilməyəcək və bu uşağın ən vacib illərində ona lazımi qayğı göstərilməyəcək. İşsizlik, maliyyə problemləri, valideynin aşağı təhsil səviyyəsi və maarifsizliyi uşağın inkişafına birbaşa mənfi təsir göstərir. Bütün bunlar kompleks şəkildə həll olunmalıdır. Ailə (bütün üzvləri, ailə mühiti, ailədə münasibətlər və s.) mərkəzə qoyularaq onların həllinə də kompleks yanaşmanın tətbiqi lazımdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY