ELM VƏ TƏHSİL


Azİİ Elektron Kitab Evinin oxucuları üçün EBSCO beynəlxalq nəşriyyat bazasından istifadə imkanları genişləndirilib

Bakı, 12 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Azİİ Elektron Kitab Evi oxucularının EBSCO beynəlxalq nəşriyyat bazasından istifadə imkanları genişləndirilir.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, yaranmış zərurətlə əlaqədar olaraq universitetin professor-müəllim heyəti və Azİİ Elektron Kitab Evinin oxucuları üçün Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun xətti ilə abunə olduqları EBSCO beynəlxalq nəşriyyat bazasının resurslarından evdən axtarış imkanları yaradılıb. Oxucular həmin bazada maraqlandıqları hər hansı məqaləni, yaxud kitabı [email protected] elektron ünvanına müraciətlə əldə edə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.