İQTİSADİYYAT


“AzInTelecom” kibertəhlükəsizliyin qorunması üzrə müştərilərinə kompleks həll təklif edir

Bakı, 7 mart, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin “AZCLOUD” bulud provayderi kibertəhlükəsizliyin qorunması üzrə dünya brendi olan “Trend Micro”nun “Deep Security” həllini müştərilərinə təklif edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Trend Micro Deep Security” həllinin əsas üstünlükləri serverlərin tam qorunması və bulud infrastrukturunun təhlükəsizliyinin kompleks şəkildə təmin edilməsidir. Bu, bulud infrastrukturunun təhlükəsizliyini təmin etmək üçün aparıcı həll olan – “Deep Security”nin əsas xüsusiyyətləridir. İstifadəçi təhlükəsizlik həllini əlverişli icarə əsasında əldə edərkən “Deep Security” infrastrukturunun quraşdırılmasına vaxt sərf etmədən şəxsi serverlərin kompleks təhlükəsizliyini təmin edəcək. Belə ki, “AZCLOUD” bulud provayderi müştərilərinə “Deep Security” həllini istifadə üçün tam hazır və optimallaşdırılmış bir xidmət kimi təklif edir. Həllin konfiqurasiyalarının quraşdırılması və yenilənmə işlərini “AZCLOUD”un sertifikatlaşdırılmış mütəxəssisləri yerinə yetirəcək.

“Trend Micro” bulud infrastrukturunun və serverlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində ixtisaslaşan beynəlxalq şirkətdir, onun məlumat təhlükəsizliyi həlləri dünyanın onlarla ölkəsində 500 mindən çox şirkət tərəfindən istifadə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.