ELM VƏ TƏHSİL


AzMİU ilə Milan Politexnik Universiteti arasında ikili diplom proqramı üzrə müqavilə imzalanıb

Bakı, 16 iyun, AZƏRTAC

İtaliyada elmi ezamiyyətdə olan Azərbaycan Memarlıq və İnşaaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova Romualdo Del Bianko Fondunun direktoru Paolo Del Bianko ilə görüşüb.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə əməkdaşlıq perspektivləri və birgə layihələr barədə fikir mübadiləsi aparılıb. Milan Politexnik Universitetində keçirilən növbəti görüşdə əməkdaşlığın yeni istiqamətləri ilə bağlı geniş müzakirələr aparılıb, yeni razılaşmalar əldə olunub. AzMİU ilə İtaliyanın Milan Politexnik Universiteti arasında magistratura səviyyəsində ikili diplom proqramı haqqında müqavilə bağlanıb. Abidələrin bərpası və rekonstruksiyası ixtisasını əhatə edən müqavilə növbəti tədris ilindən qüvvəyə minəcək. Görüşdə sənədin hər iki tərəf üçün faydalı olacağı vurğulanıb, ölkələrimiz arasında da əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminlik ifadə edilib.

Daha sonra Gülçöhrə Məmmədova Milan Politexnik Universitetinin kampusu və laboratoriyaları ilə tanış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.