ELM VƏ TƏHSİL


AzMİU-nun İnşaat Kollecində yeni laboratoriya açılıb

Bakı, 19 may, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat Kollecində “Binaların xarici konstruksiyalarının istilik izolyasiyası” layihəsinin nəticəsi olaraq yeni laboratoriya açılıb. Laboratoriya üçün 5 kompüter, 1 A3 formatlı rəngli printer və proyektor alınıb.

Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib. Laboratoriyanın açılışında AzMİU rektorunun müşaviri İlham Mərdanov, layihənin Azərbaycan üzrə koordinatoru, Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri Nurməmməd Məmmədov, İnşaat Kollecinin direktoru Namiq Ağamalıyev, kollecin əməkdaşları və tələbələr iştirak ediblər.

Qeyd edək ki, AzMİU ilə Gürcüstanın Enerji Səmərəliliyi Mərkəzi və “Knauf Marketing Baku” MMC arasında bağlanmış tərəfdaşlıq sazişi əsasında yerinə yetirilən layihə İsveç Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.