ELM VƏ TƏHSİL


AzMİU-nun müəllimləri Brandenburq Texniki Universitetində mühazirələr oxuyublar

Bakı, 13 dekabr, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMIU) bir qrup professor-müəllim heyəti Almaniyanın Brandenburq Texniki Universitetində ezamiyyətdə olub.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, professor Emir Hüseynov, dosentlər Nərmin Rzayeva və Könül Ağayeva Brandenburq Texniki Universitetində ixtisaslarına uyğun mühazirələr oxuyublar. Eyni zamanda, AzMİU-nun müəllimləri alman həmkarları ilə mövcud əməkdaşlıq sahələri üzrə müzakirələr aparıb və gələcəyə yönəlmiş birgə layihələrin reallaşdırılmasının təməlini qoyublar. Növbəti addım kimi bu müqavilə çərçivəsində daha çox professor-müəllim heyəti və tələbə mübadiləsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.