CƏMİYYƏT


“AzStateNet” şəbəkəsinin genişləndirilməsi istiqamətində Naxçıvan Muxtar Respublikasında işlər davam etdirilir

“AzStateNet” şəbəkəsinin genişləndirilməsi istiqamətində Naxçıvan Muxtar Respublikasında işlər davam etdirilir

Bakı, 6 fevral, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında dövlət qurumlarının informasiya təhlükəsizliyinin gücləndirilməsi məqsədilə “AzStateNet” Data, İnternet və “Voice” şəbəkələrinin Naxçıvan Muxtar Respublikasında qurulması və dövlət qurumlarının bu şəbəkəyə qoşularaq təhlükəsizliyinin gücləndirilməsi istiqamətində işlər davam etdirilir.

Bu barədə AZƏRTAC-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, hazırda Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası idarəsi, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Naxçıvan Muxtar Respublikası Dövlət Sərhəd Xidməti, Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsinin “AzstateNet” Data, İnternet və “Voice” şəbəkələrinə qoşulması təmin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.