ELM VƏ TƏHSİL


AzTU-da əcnəbi tələbələrin “Novruz” festivalı təşkil edilib

Bakı, 14 mart, AZƏRTAC

Martın 14-də Azərbaycan Texniki Universitetində (AzTU) təhsil alan əcnəbi tələbələrin “Novruz” festivalı keçirilib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, festivalı giriş sözü ilə açan universitetin rektor əvəzi, professor Xalıq Yahudov əcnəbi tələbələri bayram münasibətilə təbrik edib. O bildirib ki, AzTU-da əcnəbi tələbələrin “Novruz” festivalının keçirilməsi ənənəsi əvvəllər də mövcud olub və bu ənənənin yenidən bərpa olunması təqdirəlayiq haldır.

Beynəlxalq əlaqələr üzrə prorektor, professor Sübhan Namazov AzTU-da təhsil alan əcnəbi tələbələrin təhsili və sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı görülən işlər barədə məlumat verib.

Universitetin beynəlxalq əlaqələr departamentinin direktoru, dosent Mərziyə Ağayeva və əcnəbi tələbələrin təhsili şöbəsinin müdiri, professor Elçin Mustafayev isə son illər AzTU-da beynəlxalq əlaqələr, layihələr və əcnəbi tələbələrin universitetə cəlb olunması ilə bağlı görülən işlərdən danışıblar.

Tədbirdə xarici tələbələr Azərbaycan dilində “Novruz” adət-ənənələrinə aid səhnəciklər nümayiş etdiriblər və şeirlər səsləndiriblər. Bir qrup əcnəbi məzun isə videobağlantı ilə festival iştirakçılarının bayramını təbrik edib.

Sonda festivalda fəal iştirak edən əcnəbi tələbələrə sertifikatlar, əcnəbi tələbələrin hazırlığı kurslarında dərs deyən Azərbaycan dili müəllimi Aynur Fərəcovaya və rus dili müəllimi Tamilla Hüseynovaya isə mükafat təqdim olunub.

Qeyd edək ki, əcnəbi tələbələrin “Novruz” festivalını xarici qonaqlar da izləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.