ELM VƏ TƏHSİL


AzTU-nun basketbol komandasının növbəti qələbəsi

Bakı, 12 yanvar, AZƏRTAC

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən Basketbol üzrə Tələbə Liqasının oyunları davam edir.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, liqanın 5-ci turunda Texniki Universitetin komandası Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) komandası ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində davam edən oyun 84:51 hesabı ilə AzTU komandasının xeyrinə yekunlaşıb.

Qeyd edək ki, liqanın oyunlarında AzTU, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, ADNSU, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Mühəndislik Universiteti və Xəzər Universitetinin komandaları iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.