REGİONLAR
Azad Rəhimov: Çox istərdik ki, idman kompleksləri yenidən idman fəaliyyətinə qayıtsın
Abşeron, 5 avqust, AZƏRTAC
Çox istərdik ki, bu idman komplekslərindəki tibb müəssisələrindən istifadə edilməsin, komplekslər yenidən idman fəaliyyətinə qayıtsın. Lakin payız aylarında koronavirusun geniş yayılma ehtimalını nəzərə alaraq, ehtiyat tibb müəssisələrinin yaradılması vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu Abşeron Olimpiya İdman Kompleksində koronaviruslu xəstələr üçün yaradılan tibb müəssisələrinin açılışında Gənclər və İdman naziri Azad Rəhimov deyib.
“Payız aylarında yoluxma sayı arta bilər. Ona görə də bizim ehtiyat yerlərimiz olmalıdır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, çalışırıq ki, əhalinin heç nəyə ehtiyacı olmasın, bu bəladan ən az itki ilə xilas olaq", - deyə o vurğulayıb.
Qeyd edək ki, Hövsan və Abşeron Olimpiya İdman komplekslərinin təyinatı müvəqqəti olaraq dəyişdirilib. Hər iki kompleksdə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində tibb müəssisələri yaradılıb.