CƏMİYYƏT


Azad edilmiş ərazilərdə minatəmizləyən daha 4 robotdan istifadə olunacaq

Azad edilmiş ərazilərdə minatəmizləyən daha 4 robotdan istifadə olunacaq

Bakı, 9 dekabr, AZƏRTAC

İşğaldan azad olunmuş ərazilərdə minatəmizləyən daha 4 robotdan istifadə olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 7-də Prezident İlham Əliyevə Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalar və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olarkən məlumat verilib.

Bildirilib ki, FHN tərəfindən alınan “GCS (Global Clearance Solutions) – 200” markalı, dizel mühərrikli, kənardan idarəedilən, müasir minatəmizləyən 4 robot işğaldan azad olunmuş rayonlarda piyada və tank əleyhinə minalarla çirklənmiş ərazilərin təmizlənməsi işlərində istifadə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.